Qəhvə fyuçerslərinin qiyməti ucuzlaşır. Çünki quraq hava Braziliyada yığım prosesini sürətləndirir.
Bu barədə Banker.az Bloombergə istinad edir.
Nyu-Yorkda arabika qiyməti noyabrdan bəri ən aşağı səviyyəyə – funt üçün 2,796 dollara (–4,2%) düşüb. Londonda isə robusta 4,4% ucuzlaşıb, bu da ABŞ və Vyetnam arasında ticarət sazişi fonunda baş verib.
İyunun sonuna olan məlumata görə, Braziliyada arabika məhsulunun təxminən 31%-i yığılıb – bu, ötən ilki 42%-dən azdır.
Amma qarşıdakı günlərdə gözlənilən quraq hava yığım prosesini sürətləndirəcək və yekun nəticəni yaxşılaşdıracaq.
Qiymətlərin düşməsi hava riski ilə bağlı narahatlıqların azalması və məhsuldarlıq proqnozunun yaxşılaşması ilə izah olunur. Qəhvə fyuçersləri ilin əvvəlindən bəri 33%-dən çox ucuzlaşıb.
Lakin pərakəndə satışda qəhvə qiymətləri hələ də yüksək səviyyədə qalır. Rabobank isə qlobal tələbatın 0,5% azalacağını proqnozlaşdırır.
Foto: PAŞA Kapital İ.Ş. (günlük qrafik)