Finlandiyanın qəhvə istehsalçısı “Paulig” Rusiyadakı biznesini satdığını açıqlayıb. Bildirilir ki, alıcı Hindistan vətəndaşı, “Milagro Beverage Company”nin top-meneceri Vikas Soidir.
Banker.az “Vedomosti”yə istinadən xəbər verir ki, şirkətin 200 əməkdaşı yeni sahibinə keçəcək. Müqavilənin məbləği barədə hələki məlumat verilməyib.
“Paulig” brendi Rusiya bazarından çıxsa da, keçid dövrü davam edəcək – lakin üç aydan çox olmayaraq. Şirkət Rusiyadakı fəaliyyətini dayandırması barədə martın 7-si məlumat verib. Onda şirkət bazarı dərhal tərk edəcəyini bildirib.