6 C
Baku
Monday, January 27, 2025

Qəhvə qiymətləri kəskin arta bilər

ABŞ prezidenti Donald Trampın Kolumbiyaya qarşı sanksiyalar və ticarət tarifləri tətbiq etmək qərarı artıq rekord dərəcədə bahalaşan qəhvə qiymətlərini daha da artıra bilər.

Bu barədə “Axios”un məqaləsində bildirilib.

Qeyd olunub ki, Cənubi Amerika ölkəsi ABŞ-yə ikinci ən böyük qəhvə tədarükçüsüdür:

“Trampın Kolumbiyaya tətbiq etdiyi 25%-lik rüsumlar yalnız qəhvə qiymətlərindəki kəskin artımı daha da pisləşdirə bilər və amerikalılar səhər fincanları üçün daha çox pul ödəyəcək. ABŞ-nin aldığı qəhvənin 20%-i Kolumbiyanın payına düşür. Yeganə digər əsas təchizatçı Braziliya isə bir sıra ekstremal hava hadisələrindən sonra zəif məhsuldan əziyyət çəkir. Hətta son sanksiyalar tətbiq olunmazdan əvvəl də, son altı ayda qəhvə dənələrinin fyuçersləri 45% artmışdı”, – məqalədə qeyd olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər