Braziliyanın bəzi bölgələrində havanın soyuq keçməsi qəhvənin tədarükü ilə bağlı narahatlıqları artırıb, nəticədə Nyu-York birjasında qiymətlər maksimuma çatıb. Treyderlərin fikrincə, bu həftə də Cənubi Amerika ölkəsində soyuq hava gözlənilir.
Ən aktiv müqavilə 7% artıb. “Paragon Global Markets”in idarəedici direktoru Maykl Makduqallın sözlərinə görə, Braziyalada temperatur şəkər qamışı, qəhvə və ya xırda taxıl bitkilərinə zərər verəcək qədər düşməyib.
Soyuq hava şəraiti qəhvə yetişdirən ərazilər üçün çox risk yaratmasa da, bazar dəyişkənliyi treyderləri riskləri və potensial zərəri qiymətləndirməyə sövq edir. Şaxta Braziliyada quraq havanın yaratdığı stresi daha da artıracaq ki, bu da gələn ilin məhsuluna zərər vurur.