Robusta qəhvəsi ötən həftə 1970-ci illərdən bəri ən yüksək həddə çatdıqdan sonra kəskin ucuzlaşıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bazar ertəsi London birjasında robusta fyuçersləri 4.7% azalaraq bir ton üçün 4716 dollara düşüb. Xatırladaq ki, ötən cümə günü kotirovkalar 5 min dolları keçmişdi.
“Ehtiyatlar indi aşağıdır və bu, artan volatilliyə zəmanət verir”, – deyə “Rabobank”ın analitiki Karlos Mera söyləyib.
“Fundamental amilləri qiymətləndirmək çətindir, lakin qiymətlər bu qədər yüksəldikdə, bazar göstəricilərdən asılı olmayaraq hərəkət etməyə başlayır”, – ekspert əlavə edib.