Marketlər şəbəkəsində 15 gün ərzində bir sıra ərzaq məhsullarının qiymətində artım müşahidə olunub.
Banker.az xəbər verir ki, qiymət artımı qənd, çay və düyünün qiymətində müşahidə olunub.
Belə ki, 1 iyul tarixinə satışı 1.85 AZN olan qənd ( azərşəkər 800 qr) hal-hazırda 1.95 AZN-dən satılır. Həmçinin 15 gün içində qiymət artımı olan məhsullar sırasında “çay” da var. Belə ki, 1 iyul tarixində çay (Champion qara çay 250 qr) 5.25 AZN-ə satılırdısa, hazırda marketlərdə çayın satışı 5.39 AZN-dən hesablanır. Marketlərdə 17.06 AZN-ə satılan düyünün isə ( Sultan Basmati 5 kg) hal-hazırda satış qiyməti 17.09 AZN təşkil edir.