18 C
Baku
Thursday, May 16, 2024

Qərar qəbul edərkən nəyi xatırlamaq lazımdır

Qərarlar – sizin fikir və ideyalarınızı gerçəkliyə çevirir. Sizin gələcək həyatınızın necə qurulacağı onlardan asılıdır. Ona görə də əksər insanlar onların qəbulunda böyük çətinlik çəkirlər, bəziləri üçün isə bu əsl baş ağrısına çevrilir. Qərar qəbuletmə zamanı bir sıra nüanslar var ki, onlara diqqət yetirmək lazımdır:

• Gəlin razılaşaq ki, səhv və ya düzgün qərar deyə anlayış mövcud deyil. Yalnız seçim və seçimin nəticəsi vardır. Nəticələr nə yaxşı, nə də pis deyildir. Onlar sadəcə vardır. Siz səhv yol seçə bilməzsiniz.

• Başa düşün ki, siz öncədən nə baş verəcəyini bilə-bilməzsiniz. Heç bir insan mükəmməl deyil, nə də ki, həyat yalnız bir düzgün həlli olan riyazi bərabərlikdir. Həyat gözlənilməzdir. Ona görə də sadəcə seçim edin və nəticədə nə olacağını gözləyin.

• Qərar qəbul etmək üçün püşk atın. Bu yalnız ilk baxışda sadəlövh görünə bilər. Amma əslində bu, sizə imkan verir ki, həqiqətdə nə istədiyinizi müəyyən edə və düzgün qərar qəbul edə biləsiniz. Məsələn, əgər qəpiyin xəritə olan rəsmi üzü yuxarı düşmüşsə, siz isə kaş ki, belə olmasaydı deyə düşündünüzsə (əgər ağlınıza ilk gələn fikir budursa), onda  bunun əksini edin. Əgər düşən variant sizin ürəyinizdən xəbər verirsə, onda öz seçiminizdə şübhə etməyin!

 • Altıncı hissinizə güvənin. Sizin təhtəlşüurunuz sizin yalnız yaxşılığınızı istər. Ona qulaq asın.

• Qərar qəbul edərkən, özünüzə əks getməyin. Yalnız həqiqətən də etmək istədiyiniz bir şeyi edin. Siz tamamı ilə əmin olmalısınız ki, sizin qəbul etdiyiniz qərar sizin maraqlarınıza bütünlüklə cavab verir.

• Özünü qiymətləndirməməyə dəyməz. İndiyə qədər artıq nə qədər problemin öhdəsindən gəldiyinizi və bununla bağlı olaraq artıq nə qədər qərar qəbul etdiyinizi xatırlayın. Ən vacibi artıq sizdə vardır-söhbət sizin həyat təcrübənizdən gedir. Bunu yadda saxlayın və qərar qəbul etməkdən qorxmayın. Özünüzə və öz qüvvənizə güvənin.

• Hərəkətə keçin. Bu istənilən, hətta ən çətin situasiyalarda ən yaxşı həll yoludur. Getmək istədiyiniz yolla gedin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər