18 C
Baku
Saturday, November 2, 2024

Qərar qəbul edildi – Neft nəhəngi xalqa 110 milyon dollar təzminat ödəyəcək

Nəhəng neft-qaz şirkəti olan Royal Dutch Shell 31 il davam edən “neft sızıntısı iddiası”nda Nigeriyadakı Ogoni xalqına 110 milyon dollar təzminat ödəməyi qəbul edib.

Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, təzminat 21 gün içində ödənilməlidir.

Yanvar ayında neft-qaz şirkəti 2008 və 2009 -cu illərdə səbəb olduğu neft sızıntısına görə 84 milyon dollar təzminat ödəməyi qəbul etmiş və çirklənmiş Bogo çayını təmizləyəcəyini açıqlamşdı.

Qeyd edək ki, Afrikanın ən böyük və dünyanın 7 -ci ən böyük xam neft ixracatçısı olan Ogoni xalqı, 1993 -cü ildən Shell -in bölgəni tərk etməsinə etiraz aksiyaları təşkil edirlər.

Son xəbərlər
Digər xəbərlər