13 C
Baku
Friday, November 22, 2024

Qərb Rusiyaya sanksiyaları kəskinləşdirir – Çin isə hələlik ona “kömək etmir”

Çin indiyə qədər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Moskvaya qarşı Qərbin maliyyə sanksiyalarından yayınmasına kömək etmir, lakin bu, Çinin reputasiyasına “dərin bir zərbə vuracaq”.

Banker.az xəbər verir ki, bunu Bayden Administrasiyasının yüksək rütbəli rəsmisi şənbə günü Reuters-ə bildirib.

“Son görünənlər Çinin Rusiyanı bu məsələlərdə xilas etməyə gəlmədiyini göstərir” – deyə o bildirir.

ABŞ və onunla alyansda olan Qərb və o cümələdən Yaponiya kimi nəhəng iqtisadiyyatlar Rusiyaya qarşı eyni cəbhəfə iştirak edərək onun mərkəzi bankını və eləcə də bir neçə bankını SWIFT-dən ayrılıb.

ABŞ rəsmisi bildirib ki, bəzi Çin banklarının Rusiyadan fiziki əmtəələrin alınması üçün akkreditivlərin verilməsini dayandırması ilə bağlı son xəbərlər müsbət əlamətdir.

Bildirib ki, ilbəil mövcud olan nümunələri göz önünə alan şərq ölkəsinin ABŞ-ın sanksiyalarının gücünə hörmət etməyə meylli olduğunu göstərir.

Yerigəlmişkən, artıq Çin bankları və ona bağlı olub xaricdə fəaliyyət göstərən törəmələrdən də qismən də olsa mövqe ortaya qoyulur. “Bank of China” Sinqapur filialı Rusiya nefti və Rusiya şirkətləri ilə sövdələşmələrdə maliyyə dəstəyini dayandırıb.

Çin Rusiyanın həm ixrac, həm də idxalda böyük ticarət tərəfdaşıdır. 2020-ci ildə Rusiyanın xam neft ixracının üçdə birini Çin alır və eləcə də Çin də öz növbəsində ona cib telefonları və kompüterlərdən tutmuş oyuncaqlar və geyimlərə qədər istehsal məhsulları ilə təmin edir.

Rusiyanın xam neftinin ən böyük müştərisi Çindir.UOYOUE7S4BKGRDWTCRH2OL4WZU 1

Reuters əlavə edir ki, Çin-Rusiya ticarət əlaqələri 2014-cü ildən, Qərbin Moskvanın Krımı ilhaqına görə Rusiya qurumlarına qarşı ilk dəfə sanksiyalar tətbiq etdiyi vaxtdan bəri əhəmiyyətli dərəcədə artıb.

Qeyd edilən ticarətin bir hissəsi Çinin milli valyutası ilə həyata keçirilir ki, bu ticarət də texniki olaraq Rusiyanı ABŞ dolları, avro, sterlinq və digər əsas valyutalarla əməliyyatlardan kəsməyə yönəlmiş sanksiyalarından kənarda saxlaya bilər. Çünki, bu ticarətin bir hissəsi yuanladır, digər Qərb valyutalarında deyil.

Rəsmi bildirib ki, əgər Çin açıq-aydın Avropa Avrasiyanın mərkəzində yerləşən ölkənin suverenlik hüququnu pozamuş Rusiyaya ABŞ sanksiyalarından yayınmağa kömək etsə, bu, həqiqətən də Çinin dünyaya reputasiyası üçün uğursuz addım olar.

Ötən dəfə isə Azərbaycanda “Atlas” Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirmişdin ki, Rusiya prezidenti Vladimir Putin düşmənləri ilə yanaşı dostlarını da çətin vəziyyətə salıb.

“Pekin Kremlin işğalçı siyastətinə səssiz qalsa da, həyəcan içindədir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündə Çində kömürün qiyməti artıb. Kömür Çində istifadə olunan əsas enerji mənbəyidir. Mütəxəssislərin fikrincə, kömürün qiymətinin yüksəlməsi Çin iqtisadiyyatının digər sahələrinə də mənfi təsir edəcək. Ukrayna ətrafında baş verənlər neftin qiymətinin də artımını sürətləndirib ki, bu da kənardan neft alan Çin iqtisadiyyatına yaxşı heç nə vəd etmir”.

Rusiya yaxın gələcəkdə qazı Avropaya sata bilməsə ümidi Çinə qalacaq. Ancaq Çin tamamən Rusiya qazından asılı vəziyyətə düşmək istəyərmi? Çin bu gün Rusiyanın strateji tərəfdaşıdır, sabah durum dəyişsə Moskva Avropanı qazla təhdid etdiyi kimi Çini də təhdid etməyəcəkmi?

Son xəbərlər
Digər xəbərlər