16 Aprel 2024-cü il tarixdə saat 10:00-da Ağstafa şəhərində hərraca çıxarılacaq dövlət müəssisəsi barədə məlumat açıqlanıb.
Banker.az xəbər verir ki, “Qərb Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti hərraca çıxarılır.
MMC-nin ilkin (start) satış qiyməti 1 350 500 manatdır. Hərrac Ağstafa şəhərində müvafiq yerli hərrac komissiyası tərəfindən keçiriləcəkdir.
Hərracların keçirilməsi haqqında əlavə məlumatları “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsdən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.
Xatırladaq ki, Ağstafadakı teksistil şirkəti “Ağstafa Teksistil” MMC (əvvəlki “Akkord Tekstil” MMC) adı dəyişdirilərək “Qərb Tekstil” MMC olub.