16 C
Baku
Saturday, April 20, 2024

Qərb Univeristeti müəllim və dekan axtarır

Qərb universiteti kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.

vacancy 1: Müəllim

Kafedralrada boş olan müəllim vəzifələrini tutmaq üçün:

• Politologiya və beynəlxalq münasibətlər;
• Hüquq və humanitar fənnlər;
• İqtisadiyyat, marketinq və menecment;
• Riyaziyyat və kompyuter texnologiyaları;
• Dizayn;
• Dil hazırlığı;
• İngilis dili filologiyası kafedrası.

Namizədlərə tələblər:

• Minimum magistr dərəcəsi olmaqla elmi dərəcə;
• Ali məktəblərdə iş təcrübəsi (tam ştatlı müəllimlər üçün);
• Tədris ediləcək fənn və ya fənnlərin əsaslarını dərindən bilmək;
• Mükəmməl yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• İngilis dili, rus dili bilməsi arzu olunandır.

Qeyd: Məvacib müəllimlərin təcrübələrinə və dərs yükünə müvafiq olaraq müəyyənləşdiriləcəkdir.


VACANCY: Dekan

Ölkənin ilk özəl universitetlərindən biri olan Qərb universiteti inkişafının davamlılığını təmin etmək istiqamətində fəaliyyətlərini uğurla davam etdirir. Universitet tədrisin keyfiyyətinə istiqamətlənmiş tədbirlər çərçivəsində aşağıdakı əsaslarla dekan və müəllimlər üçün vakansiyalar üzrə işə qəbul elan edir:

Fakültə dekanı vəzifəsini tutmaq üçün:

• İşgüzar-inzibatçılıq fakültəsi;
• Mühəndislik fakültəsi;
• Magistratura və doktorantura departamenti.

Namizədlərə tələblər:

• Boloniya kreditli təhsil sisteminə uyğun tədris idarəetməsi bacarıqları;
• Minimum elmlər namizədi (doktor) olmaqla müvafiq elmi dərəcə;
• İş təcrübəsi;
• Dil  və İKT bacarıqları;
• Müəllim və tyutorlarla işləmə bacarığı.

Qeyd: Məvacib namizədin təcrübə və qabiliyyətlərinə müvafiq olaraq müəyyənləşdiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər mövzu yerinə müraciət etdiyi vakansiyanın adını yazmaqla CV-lərini [email protected] ünvanına göndərə və ya Qərb Universitetinə təqdim edə bilərlər.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 27

Telefon: 012-497-01-14;  050-999-19-91;

Son xəbərlər
Digər xəbərlər