Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) dövlət başçıları Nigerdə ”mümkün qədər tez” hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər.
Bunu Kot-d’İvuarın prezidenti Alassan Uattara assosiasiya sammitinin keçirildiyi Abucadan qayıdarkən deyib.
“Rəhbərlər təfərrüatları yekunlaşdırmaq üçün daha bir neçə görüş keçirəcəklər. Biz əməliyyatlara tez bir zamanda başlanılması barədə razılığa gəldik”, – deyə o bildirib.