12 C
Baku
Saturday, November 23, 2024

“Qərbin məqsədi Rusiyanı məğlub edib Çin üçün təhlükə yaratmaqdır” – Şoyqu

Ukraynadakı münaqişədə Qərbin əsl məqsədi Rusiya Federasiyasına strateji məğlubiyyətə uğradıb, Çin üçün təhlükə yaratmaqdır.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin müdafiə nazirlərinin iclasında deyib.

Onun sözlərinə görə, Qərbin əsas məqsədi dünyada monopoliya mövqeyini qoruyub saxlamaqdır.

“Vaşinqton və onların əlaltıları digər ölkələri Rusiya Federasiyası və Çinlə hərbi qarşıdurmaya təhrik etmək üçün strateji plan həyata keçirir”, – deyə Şoyqu qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər