15 C
Baku
Sunday, November 24, 2024

Qəssablar, bazarda turşu və qurudulmuş meyvə satanlar vergini necə ödəməlidirlər? – Misallarla izah

Kənd təsərrüfatı məhsulları vergidən azad olsa da, kəndli yetişdirdiyi heyvanı diri formada satarsa, o halda kənd təsərrüfatı məhsulu sayıldıqdan o vergidən azaddır. Yəni necə varsa elə olduğundan. Bu həmdə digər kənd təsərrüfatı mallarına da aiddir.

Misa -1. Buğanı bəsləyib bazarda satdığı zaman o vergidən azaddır.

Misa – 2.  Kəndli bəslədiyi buğanı, kəsib bazara çıxarırsa o artıq emal sayılır və vergiyə cəlb olunur.

Misal – 3. Kəndli alça ağacından meyvə yığıb bazarda satırsa, o halda vergidən azaddır.

Misal – 4. Kəndli ağacdan yığdığı alçanı turşuya çevirirsə, o halda bu emal sayıldığından yəni təbii formasını dəyişdiyindən, vergiyə cəlb olunur.

2019-cu ilin yanvar ayının 1-nə kimi mal-qara kəsib satanlar, digər emal olunmuş kənd təsərrüfatı məhsulları satanlar sadələşmiş, gəlir vergisinin ödəyicisi ola bilərdilər. 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsinə edilmiş dəyişkliyə əsasən bu şəxslər mikrosahibkarlıq subyekti adlanırlar.

Nazirlər Kabinetinin  21 dekabr 2018-ci il tarixli  556 nömrəli qərarına əsasən sahibkarlıq 4 hissəyə bölünür: mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri.Mikro sahibkarlıq  – işçi sayı 1-10  nəfər  – illik gəliri 200 000 manatadəkVergi Məcəlləsinin 114.3-1 maddəsinə əsasən  Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.Vergi Məcəlləsinin 199.14 maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisi ödəməkdən azaddılar.

Vergi Məcəlləsinin 102.1.30. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergidən azaddır.Mikrosahibkar sadələşmiş vergi uçotunda durduqda (VÖEN olduqda) 2 faiz ümumi məbləğdən vergi ödəyir.

Misal – 5.  Qəssab satdığı ətdən 1000 manat gəlir əldə edib. Bu halda 1000*2% = 20 manat vergi ödəməlidir.

Misal – 6. Kəndli bazarda turşu satır. 100 manat gəlir əldə edir. Bu halda 100*2% = 2 manat vergi ödəyir.Mikrosahibkar gəlir vergisi uçotunda durduqda (VÖEN olduqda) 75 faiz güzəşt əldə edir.

Misal – 7. Qəssab satdığı ətdən 1000 manat gəlir əldə edib. Gəlir əldə etdiyi zaman 100 manat nəqliyyat xərci çıxıb. Belə olan halda 1000-100 = 900 *75% = 225 manat * 20 % = 45 manat vergi ödəyəcək.

Misal – 8. Kəndli satdığı turşudan 100 manat gəlir əldə edib. Gəlir əldə etdiyi zaman 10 manat nəqliyyat xərci çıxıb.  Belə olan halda 100-10 = 90 *75% = 22,50 manat * 20 % = 4,50 manat vergi ödəyəcək.İqtisadçı – ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər