Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani Azərbaycana yeni səfir təyin edilməsi barədə qərar imzalayıb.
Report agentliyi “Gulf Times”a istinadən xəbər verir ki, Qətərin Bakıdakı diplomatik nümayəndəliyinin yeni rəhbəri Faysal Abdullah Hamad Abdullah əl-Henzab olub.
Bununla yanaşı, əmir imzaladığı qərarla Kosta Rika, Türkmənistan və Argentinaya da yeni səfirlər təyin edib. Qərarlar ölkənin rəsmi bülletenində dərc edildiyi andan qüvvəyə minir.
Qeyd edək ki, 2016-cı ilin oktyabrından 2018-ci ilin iyun ayına qədər Qətərin Azərbaycandakı səfirliyinə Yusuf bin Hassen əl-Saai rəhbərlik edib.