8 C
Baku
Monday, November 18, 2024

Qətər 12 il ərzində dünya çempionatına 300 mlrd. dollar xərcləyib

Qətərin 12 il ərzində futbol üzrə dünya çempionatının hazırlığına xərclədiyi məbləğ bəlli olub.

Ölkə mundial üçün 300 milyard ABŞ dolları xərcləyib.

Turnirin Qətərdə təşkili 2010-cu ildə təsdiqlənib. Həmin vaxtdan sonra paytaxt Dohada yeni stadionlar, otellər və digər obyektlər tikilib. Təşkilatçılar FIFA-nın yarışdan rekord gəlir əldə edəcəyini düşünür.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Açılış matçında Qətər Ekvadorla üz-üzə gələcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər