11 C
Baku
Sunday, November 17, 2024

Qətər aviasərnişinlərə vergi tətbiq edəcək

Sərnişinlər tranzit uçuşlar da daxil olmaqla, bu aeroportdan istifadə edərkən 16 manat rüsum ödəməli olacaqlar.

Qətərin hakimiyyəti Dohada ölkənin ən iri “Hamad International Airport” aeroportundan uçan sərnişinlərə vergi tətbiq edəcək.

Bu barədə “Arabian Business” nəşri məlumat yayıb.

Bütün sərnişinlər tranzit uçuşlar da daxil olmaqla, bu aeroportdan istifadə edərkən 35 qətər rialı (16 manat) həcmində rüsum ödəməli olacaqlar. Yeni qaydalara uyğun olaraq, vergi çərşənbə axşamından etibarən qüvvəyə minəcək və cari ilin dekabr ayının 1-dən etibarən satılan biletlərə tətbiq ediləcək.

Qeyd edilir ki, bu tədbir iqtisadiyyatın inkişafına və məhdud həcmdə xərclərinə təsir edən neftin qiymətinin düşməsindən sonra körfəz ölkələrinin gəlirini artırmağa kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər