23 C
Baku
Sunday, June 30, 2024

Qətər Deutche Bank-ın səhmlərini alır

Deutche Bank-ın elan etdiyinə görə, bank öz iri həcmli səhm paketinin nəhəng investora satılmasından 8 milyard avro əldə edə bilər. Yeni əsas investor isə Qətərin kral ailəsi olmalıdır.

Almaniyanın nəhəng bankı bu müqavilə sayəsində özünün maliyyə çatışmazlığı və digər tənzimləyicilərin tələbləri ilə bağlı problemlərini həll edə biləcək. Qeyd edək ki, bank 2010-cu ildə 10,2 milyard avro, 2013-cü ildə isə 3 milyard dollar cəlb etmişdi.

Müqavilə demək olar ki, artıq tamamlanıb. Şeyx Hamad bin Casim bin Jabor Al Thani 1,75 milyard avro qarşılığında səhmlər əldə edib. Bank digər vəsaiti səhmlərin mövcud investorlara satılmasından cəlb etməyi planlaşdırır.

Deutche Bank-ın top menecerləri bildirmişlər: “Bu tədbirlər Deutche Bank-ı uzun müddətli, davamlı uğura istiqamətlənmiş vəziyyət almağa imkan verir”.

Son xəbərlər
Digər xəbərlər