2023-cü ildə Asiya Kubokunun keçiriləcəyi ölkə açıqlanıb.
Yarış iyun və iyul aylarında Qətərdə baş tutacaq.
İndoneziya və Cənubi Koreya da turnir üçün AFC-yə müraciət etsə də, müsbət cavab almayıb.
Qeyd edək ki, daha əvvəl Çin Asiya Kubokuna ev sahibliyindən imtina edib. Bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə dünya çempioatı da təşkil olunacaq.