Bir neçə Ərəb dövlətinin Qətər ilə diplomatik əlaqələrini kəsməsi neftin dünya bazar qiymətinə artıq təsir göstərməkdədir. Bir sıra gözləntilərin əksinə olaraq neftin qiymətində azalmalar müşahidə edilir. Artıq Brent markalı neftin hər barelinin qiyməti 50 dollardan aşağıdır. Texas markalı neftin bir bareli isə 47 dollara yaxınlaşır.
İqtisadçı-eksper Vüqar Bayramov son günlərdə Körfəz ölkələri arasında yaranan münaqişə ilə bağlı öz fikirlərini bildirirkən deyib.
Ekspert bildirir ki, “Qətər məsələsi” OPEC üzvlərini iki fərqli cəbhəyə ayırıb: “Bu gərginliyə görə OPEC-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərməkdədir. Praktik olaraq, “Qətər məsələsi” OPEC üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl eməsinin monitorinq imkanklarnı xeyili məhdudlaşdırır. Digər tərəfdən isə, gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur. Digər tərəfdən, Sədiyyə Ərəbistanın Qətəri blokadası heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb. Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var.”
İqtisadçı bildirir ki, bu neftin qiymətinin azalmasını stimullaşdırır: “Körfəz ölkələrində müşahidə edilən son diplomatık gərginlik OPEC-in neft bazarına təsir imkanlarını xeyili məhdudlaşdırmaqla yanaşı hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini xeyili çətinləşdirib. Bu isə nəticədə qiymətlərin azalmasını stimuallaşdırır. Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmazsa neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir.”