Qətər hakimiyyəti dünya qaz qiymətlərinin düşməsi fonunda təbii qaz hasilatını və LNG istehsalını artırmaq niyyətindədir. Ötən şənbə günü “Qatar Energy” dövlət enerji şirkətinin rəhbəri Saad əl-Kaabi yaxın 3-5 ildə LNG istehsalını 16 milyon ton artıraraq ildə 142 milyon tona çatdırmağı planlaşdırdığını açıqlayıb.
“Reuters” xəbər verir ki, Şimal yarımkürəsində qışın nisbətən isti keçməsi səbəbindən LNG qiymətləri son üç ilin minimum səviyyəsinə çatıb və bu yanacağa tələbatı əhəmiyyətli dərəcədə azaldıb. Qiymət korreksiyası 2022-ci ildə Ukraynadakı hərbi münaqişə fonunda baş verən rekord artımdan sonra baş verib.
“Goldman Sachs” analitikləri hesab edirlər ki, Qətərdə LNG hasilatının artması, artıq təklifin tələbi aşması ilə üzləşən LNG bazarında aşağı tendensiyanı uzadacaq. Ekspertlər hesab edirlər ki, “Həddindən artıq hasilat, xüsusilə Qətərin yeni potensialının istifadəyə verildiyi 2026-cı ildən etibarən dünya qaz qiymətlərinin azalmağa davam edəcəyi risklərini artıracaq”.