18 C
Baku
Thursday, May 29, 2025

Qətər niyə Qətərdir ?

Qətər niyə Qətərdir ?

Haradan hara?…

Bu müsəlman ölkəsi hər zaman diqqət mərkəzindədir. Zəngin təbii sərvətləri, lüks həyat tərzi olan vətəndaşları və təbii ki, strateji hədəfləri çox uğurlu olan siyasəti ilə. Uzun müddətdir bu ölkə haqqında araşdırma aparırdım. Düzü, sıfırdan qurulan və bugün uğurlu olan bir ölkə haqqında hər zaman vaxtımın çox hissəsini sərf edib araşdırmağa aparmağa həvəsliyəm. Məsələn: Sinqapur, Cənubi Koreya, Yaponiya (atom faciəsindən sonra bu ölkəni də sıfırdan qurulmuş saymaq olar) İsrail və Qətər.

  • 1980-ci ildə Qətər heç bir məhsuldarlığı olmayan, yüz min nəfərin yaşadığı bir səhradan ibarət idi. Dünən isə onlar Boing Jet şirkəti ilə 96 miliyard dollarlıq sövdələşmə edərək tarıxın ən böyük ticarətini etmiş oldular. Qətər 450 milyard dollarlıq fond sərvətləri ilə Britaniya Kral ailsini geridə qoyublar.

Qətər idrəediciləri (Əl Tani ailəsi) Qərbin səssiz ələ alınmasını necə təşkil etdi? Hər şey “məyusedici” bir kəşvlə başladı.

  • 1971-ci ildə Qətər və Shell Ərəb körfəzinin altında lazımsız hesab etdikləri bir maddə tapdılar. Bu onlara lazım olan neft deyildi. Bu təbii qaz idi. Lazımsız hesab edilən tapıntı hər şeyi dəyişdi. Onlar indiyə qədər kəşf edilmiş ən böyük təbii qaz anbarı olan Şimal Yatağını aşkar etmişdilər. Bu yataq dünya qaz ehtiyyatının təqribən 10% -i idi. Amma Qətər bundan faydalana bilmədi, çünki ölkədə qazın faydalı (sərfəli) ixracı texnologiyası yox idi. Odur ki. Bu kəşf illərlə toxunulmadan (gəlir gətirmədən) qaldı.
  • 1995-ci ildə hər şey tamamən dəyişdi. Yeni hakimiyyətə keçmiş kral bütün potensialı gördü və sükan arxasına keçərək hərəkətə başladı. Mütəxəssislər bunu “axmaqlıq” adlandıranda o mayeləşdırılmiş təbii qaza 20 milyard dollar pul yatırdı. Bu yatırım möhtəşəm sonluqla nıticələndi:

2006-cı ildə Qətər dünyanın ən böyük qaz ixracatçısı oldu. Bu da 1990-cı ildə adambaşına düşən ÜDM 2755 dollar idisə, 2023-cü ildə 80.000 dollar demək idi. Hər ay milyardlarla dollar bu kiçik ölkəyə axmağa başladı. Onlar bu pullarla neylədilər? Bu olduqca diqqətəlayiqdir:

  • Qətər bütün dünyada strateji nağd pul yerləşdirdi.
  • 2005-ci ildə Qətər İnvestisiya Təşkilatını (QIA) yaratdılar – bu, indiyə qədərki ən aqressiv suveren fondlardan biridir.
  • Londona investisiyalar sözün həqiqi mənasında axın etməyə başladı.
  • Harrods Ticarət Mərkəzini 2,2 milyard dollara satın aldılar.
  • Canary Wharf-da pay sahibi oldular
  • Built The Shard – Qərbi Avropanın ən hündür binası (red: nə Tamamilə alındığına, nə də pay sahibi olduğuna dair məlumata rast gəlinmədiyi üçün cümlə natamam buraxılıb).
  • Heathrow hava limanının 20% -ni satın alınması
  • Çelsinin alınması.

Qətər bunlarla kifayətlənmədi:

  • Qətər Paris Saint-Germain futbol klubunu satın aldı və onu qlobal güc mərkəzinə çevirdi
  • Onlar Volkswagen Qrupunda 10,5% pay sahibi oldular
  • Qatar Airways-i dünyanın ən yaxşı hava yollarından birinə çevirildi.

Onların ən nəzərəçarpacaq adımmları nə oldu:

  • 1996-cı ildə Əl-Cəzirə xəbər şəbəkəsinin yaradıldı. 137 milyon dollar qrantla ərəb mediasında inqilab edildi və qlobal miqyasda genişləndi. Bu investisiya Qətərə Yaxın Şərqdə görünməmiş yumşaq güc sahibi olma imkanı verdi.

Qaza qoyulam 20 milyar dollar öz bəhrəsini verməkdə idi. Ukraynada münaqişə başlayanda rus qazından məhrum olan avropalılar Qətərə üz tutdu.

Bəs bu hansı anlama gəlir? Qətər göstərdi ki, təbii sərvət dünya düzənini necə dəyişə bilər. Təbii sərvətdən uzaqgörənliklə istifadə etdikdə taleyin qövsünü bükür. Cəmi 400.000 vətəndaşı olan Qətər, ondan 100 dəfə böyük olan ölkələrlə bərabər gücə malikdir. Strateji olaraq yerləşdirilən pul məhdudiyyətləri (sərhədləri) aşan təsir gücü yaradır.

Strateji üstünlüyün parlaq nümayişi!

Rıçaqların istifadə edilməsi üzrə əsl master klas!!

Müəllif: Aliyə Vəliyeva

Son xəbərlər
Digər xəbərlər