4 C
Baku
Friday, March 29, 2024

Qətər OPEC-i tərk edir

Qətər dövləti 15 dövlətin üzv olduğu OPEC-dən 2019-cu ildə yanvarın 1-dən çıxacağını eldan edib.

Banker.az “Aljazeera”yə istinadən xəbər verir ki, bu barədə Qətərin Enerji naziri Saad Sherida al-Kaabi bildirib.

Nazir bunu ölkənin paytaxı olan Dohada press-konfrans zamanı deyib.

OPEC – (Organization of Petroleum Exporting Countries) neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.

OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib.

Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 15 üzvü var.

Son xəbərlər
Digər xəbərlər