Qətərlə Səudiyyə Ərəbistanı və digər ölkələr arasında əlaqələrin normallaşdırılmasına dair razılaşma çərşənbə axşamı (5 dekabr – Red) imzalanacaq.
Bu barədə “Reuters” ABŞ rəhbərliyindəki yüksək vəzifəli şəxsə istinadla məlumat verib.
Qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir razılaşmaya qoşulacaq. Öz növbəsində, Doha bu ölkələrə qarşı iddialardan imtina edəcək.
Artıq Səudiyyə Ərəbistanı ilə Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması barədə razılaşma əldə olunub.
5 yanvarda Ər-Riyadda Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası 41-ci Zirvə görüşü keçiriləcək. Budan əvvəl Şuraya daxil olan ölkələrin xarici işlər nazirləri Zirvə görüşünü bölgə ölkələri arasında rəsmi Doha ilə üç il yarımdan çoxdur davam edən münaqişəni həll etmək üçün fürsət kimi qiymətləndirdiklərini bildiriblər.