16 C
Baku
Friday, May 3, 2024

Qətər sərvət fondunu $450 mlrd. artıracaq

Qətər ölkənin suveren fondunu 450 milyard dollar artıracaq. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, ölkə rəsmilərinin planına əsasən, fondun vəsaitləri Qətərin suveren sərvət fondu (QIA) altında birləşəcək. Adı açıqlanmayan mənbələrə əsasən, o, iri dövlət şirkətlərinin vəsaitlərini idarə edəcək. Fondun strukturu, o cümlədən Qətərin hansı dövlət şirkətlərinin fondda iştirak edəcəyi ilə bağlı yekun qərar hələ verilməyib.

Belə bir strategiya Qətərə milli aktivləri əhəmiyyətli dərəcədə artırmağa və onları QIA daxilində cəmləşdirməyə kömək edəcək. Doha iqtisadi genişlənmə axtarır – QIA Asiya və ABŞ-a daha çox sərmayə qoymağı planlaşdırır. Bir neçə ildir ki, fond Avropaya sərmayə qoyub. “SWF” İnstitutunun məlumatına görə, Qətərin suveren fondu dünyada doqquzuncu ən böyük fonddur.

Keçən il QIA artan qaz qiymətləri və Səudiyyə Ərəbistanı ilə münasibətlərin yaxşılaşması fonunda fondların reytinqində yüksəlib. Qeyd edək ki, qaz Qətərin əsas ixrac məhsuludur. Hökumət həmçinin 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından əlavə 20 milyard dollar gözləyir.

Bir gün əvvəl Bloomberg xəbər vermişdi ki, Oman ölkənin 17 milyard dollardan çox sahibi olan suveren fondunu iki hissəyə böləcək. Birinci hissə yerli aktivləri idarə edəcək və 160-dan çox şirkətin səhmlərini əhatə edəcək. Omanın Milli İnkişaf Portfeli ölkənin ümumi büdcəsini dəstəkləyəcək. Fondun ikinci hissəsi – “Nəsillər portfeli” əsasən xarici aktivlərdən və “gələcək nəsillər üçün maksimum gəlir əldə etmək” üçün birbaşa vəsaitlərdən ibarət olacaq.

Oman gündə təxminən 830 min barel xam neft hasil edir. Hökumət neft qiymətlərindəki artımdan COVID-19 pandemiyası zamanı artan dövlət borcunu azaltmaq, eləcə də ölkənin inkişaf layihələrinə maliyyəni artırmaq üçün istifadə etmək niyyətindədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər