19 C
Baku
Thursday, May 2, 2024

Qətər “Shell” ilə 27 illik müqavilə imzalayıb

“QatarEnergy” Hollandiyaya maye qaz tədarükü üçün “Shell” şirkəti ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb. Tədarük 2026-cı ildə başlayacaq və 27 il – 2053-cü ilə qədər davam edəcək. Qaz Qətərin iki yatağından (“North Field South” və “North Field East”) tədarük ediləcək. İllik tədarük həcmi təxminən 3.5 milyon ton olacaq.

Əvvəllər “QatarEnergy” Fransanın “TotalEnergies”, eləcə də Çinin “CNPC” və “Sinopec” şirkətləri ilə oxşar müqavilə imzalayıb. Həm “Shell”, həm də “TotalEnergies” “North Field South” və “North Field East” layihələrində səhmdarlardır.

Qətərin ikinci LNG genişləndirilməsi layihəsi olan “North Field East” dünyanın ən böyük layihəsi hesab olunur. Onun dəyəri 30 milyard dollar olaraq qiymətləndirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər