Qətər münaqişə tərəflərindən birinin müraciəti olacağı təqdirdə ABŞ və Venesuela arasında vasitəçi ola bilər. Bu barədə Qətərin baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Bildiyiniz kimi, Qətər keçmişdə Venesuela ilə Birləşmiş Ştatlar arasında uğurlu vasitəçi olub. Əgər hökumətlərdən biri bizdən bunu xahiş etsə, həmin əlaqə kanalları istifadəyə hazırdır”, — deyə o qeyd edib.
Diplomat vurğulayıb ki, Doha Venesueladakı vəziyyətdən “son dərəcə narahatdır”. Onun sözlərinə görə, Qətər bunu təkcə ölkənin daxili problemi kimi deyil, həm də regionun sabitliyi məsələsi kimi qiymətləndirir.
Yanvarın 3-də ABŞ Venesuela ərazisinə hücum edib. Nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı ölkə xaricinə çıxarılıb. Yanvarın 5-də onlar Nyu-Yorkdakı Federal Məhkəmə qarşısına bir sıra ittihamlar, o cümlədən narkoterrorizm ittihamı ilə çıxarılıblar.







