16.2 C
Baku
Wednesday, May 14, 2025

Qətərin “Boeing” təyyarəsi son 24 ildə ABŞ prezidentinə verilən ən bahalı hədiyyə olacaq

ABŞ Prezidenti Donald Trampın Qətər kral ailəsindən hədiyyə olaraq qəbul etməyi planlaşdırdığı təxminən 400 milyon dollar dəyərində “Boeing 747-8” təyyarəsi qiymətinə görə 2001-ci ildən bəri xarici ölkə tərəfindən ABŞ prezidentlərinə verilən bütün hədiyyələrin cəmindən 100 dəfə dəyərlidir.

Bu barədə “Axios” portalı ABŞ Dövlət Departamentinin məlumatlarına istinadən xəbər yayıb.

Təhlillərə görə, kiçik Corc Buşun prezidentliyinin əvvəlindən Trampın ikinci müddətinə qədər prezidentlər ümumi məbləği 3.8 milyon dollar olan hədiyyələr qəbul ediblər. ABŞ liderlərinə daha çox, kitablar, rəsmlər, əntiq əşyalar, zərgərlik əşyaları, həmçinin heyvanlar hədiyyə edilib.

“Axios”un aşkara çıxardığı kimi, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla, Körfəz ölkələri xüsusilə dəbdəbəli hədiyyələr təqdim edirlər. İndiyədək onlardan ən bahalısı isə xüsusi sifariş əsasında hazırlanmış və əl işi olan, təxminən 500 min dollar dəyərində iki atın bürünc heykəli olub. Bu hədiyyə Səudiyyə Ərəbistanı tərəfindən sabiq prezident Barak Obamaya verilib.

Son xəbərlər
Digər xəbərlər