3 C
Baku
Saturday, December 14, 2024

Qətərlə Türkiyə arasında on əməkdaşlıq sənədi imzalanıb

Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani geniş tərkibli heyətlə Türkiyə Respublikasına səfər edib.

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani arasında təkbətək və heyətlərarası görüş olub.

Qətər ilə Türkiyə Respublikası arasında Yüksək Strateji Komitəsinin altıncı iclası keçirilib.

Sonra Türkiyə ilə Qətər arasında ayrı-ayrı sahələrə dair əməkdaşlığı əhatə edən on sənəd imzalanıb.

Razılaşmaya əsasən Qətər Türkiyə iqtisadiyyatına 300 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaq.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər