9 C
Baku
Monday, December 23, 2024

Qəzaya uğradıqda nə etmək lazımdır?

Siz avtomobilinizi nə üçün sığorta edirsiniz? Aydındır ki, sığorta şirkətini və sığorta agentini sevindirmək üçün yox, özünüzü qəzadan sonra qorumaq və avtomobilinizi təmir etdirmək üçün edirsiniz.

Avtomobillə qəzaya uğradıqda nə etmək lazımdır?

Xəsarət alan yoxdursa sevinə bilərsiniz.

  • Yox, əgər xəsarət alan varsa  – təcili yardım çağırın.
  • Həyəcan keçirmədən sığorta agentinə zəng vurun.
  • Toqquşduğunuz avtomobil sahibi ilə razılığa gəlmək.

Lazım olan məlumatlar: 

– avtomobilin nömrəsi və markası;
– sığorta şirkətinin adı;
– ad, soyad, sığorta agenti və sürücünün ünvanı və telefon nömrəsi;
– sığorta agentinin adı və telefon nömrəsi.

Bu zaman bunu etməyiniz məsləhətdir:

– hadisə yerinin, yol işarəsinin və qəzaya uğramış avtomobillərin nömrələrinin şəkillərini çəkmək,

– bütün şahidlərin adlarını və telefon nömrələrini yazmaq.

Qəza zamanı aşağıdakıları etmək olmaz! 

  • Münasibətləri aydınlaşdırmağa çalışmayın, dava etməyin;
  • Deyilən sözlərə deyil, sənədlərə əsas fikir verin, məsələn, avtomobilin nömrəsi, markası, sürücülük vəsiqəsi, sığorta agentinin nömrəsi və s.

Əgər tələb etdiyiniz sənədləri sizə təqdim etmirlərsə, dərhal polis çağırın.

  • Sığorta agentinizin təsdiqi olmadan heç nəyə qol çəkməyin.
  • Təcili yardım və polis gəlmədən hadisə yerindən uzaqlaşmayın.

Kefinizi pozmağa dəyməz – axı sizin sığortanız var!

Son xəbərlər
Digər xəbərlər