Qəzzada döyüş bu il bitməyəcək.
Bu barədə İsrail Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, baş nazir Benyamin Netanyahunun milli təhlükəsizlik üzrə müşaviri Tzaçi Haneqbi bildirib.
O qeyd edib ki, hazırda İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə Misir arasındakı bufer zonası olan Fildelf marşrutunun 75%-nə nəzarət edir.
“Qəzzada döyüşlər ən azı daha 7 ay davam edəcək”, – yəhudi rəsmi əlavə edib.