Qəzzada ölən fələstinlilərin sayı 16 min nəfərə yaxınlaşır

Qəzza zolağında ölən fələstinlilərin sayı 16 min nəfərə yaxınlaşır.

Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 7 oktyabrdan indiyə qədər HƏMAS-la İsrail ordusu arasında gedən döyüşlər nəticəsində Qəzza zolağında 15 899 nəfər fələstinli ölüb.

Həlak olanların təxminən 70 faizinin qadın və uşaqlar olduğu bildirilib.

Son xəbərlər
Digər xəbərlər