Qabaqcadan işdən çıxmaqla bağlı ərizə yazılmasını sübut etmək olar

Bir çox işəgötürənlər işçini işdən çıxma barədə, işə götürən zaman ərizə yazdırırlar və tarix yerini boş qoyurlar. Sabah bir problem olduqda tarix yerinə qeydi, özləri edib işçini işdən çıxarırlar. Şikayətçi bunu sübut edə bilər. Bunun üçün aşağıdakı addımları atmaq lazımdır:

1. Bu əməl kütləvi halda baş verdikdə birləşib, şirkətin qanunsuz halı ilə bağlı məhkəməyə şikayət etmək. Kütləvilik artıq əsas verəcək ki, şirkətdən bir yox, bir çox şikayətlər var. Belə olan halda mənəvi ziyana görə də, şirkəti cəzalandırmaq üçün iddia qaldırmaq olar.

2. Xəttin şəxsə məxsus olub olmaması üçün xüsusi ekspertiza növü var. Bu işlə məşğul olan ekspertlər xüsusi cihaz vastəsi ilə xəttin tarix qeyd edilən şəxsə məxsus olub-olmaması və vaxtı barədə rəy verə bilir. Əgər şəxs 1 il əvvəl ərizə yazıbsa, bu yenə də kağızda öz əksini tapır. Bu da yenə məhkəmə qaydasında həmin şirkəti cəzalandırılmasına səbəb ola bilər . Adətən belə ekspertizanın aparılması rəyi məhkəmələr verir.

İqtisadçı-ekspert Rauf Qarayev


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları