28 C
Baku
Saturday, July 13, 2024

Qabiliyyət imtahanlarının vaxtı açıqlanıb

Bakalavriat səviyyəsi üzrə Bədən tərbiyəsi və idman istiqamətinə aid 61-ci komissiyanın idman növlərinin ixtisas imtahanları 26 iyuldan etibarən keçiriləcək.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər aşağıdakı linkə daxil olaraq imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

https://eservices.dim.gov.az/qabiliyyet

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsi, buraxılış vərəqəsi, 086U formalı tibbi arayış və idman növünə müvafiq idman geyimi gətirməlidirlər. İmtahanların Bakı şəhərindəki idman obyektlərində keçirilməsi nəzərdə tutulub. İmtahan tarixləri və binaları ilə aşağıdakı qrafikdən tanış ola bilərsiniz.

Qeyd: İmtahan normativləri ilə “Abituriyent” jurnalının Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi buraxılışında və DİM-in “Youtube” səhifəsindən tanış ola bilərsiniz.

S/s İmtahan tarixi Komissiya kodu İxtisas/fənn Rayon/ş İmtahan mərkəzinin adı və ünvanı
1. 26/07/2023 6104 Ağırlıqqaldırma Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
2. 26/07/2023 6108 Futbol Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
3. 26/07/2023 6109 Gimnastika Bakı Azərbaycan Gimnastika Federasiyası, Heydər Əliyev Prospekti, 178
4. 26/07/2023 6111 Karate Bakı Karate Federasiyasının zalı, (ASK arena), Heydər Əliyev Küçəsi , 136
5. 27/07/2023 6104 Ağırlıqqaldırma Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
6. 27/07/2023 6101 Atıcılıq Bakı Bakı Atıcılıq Mərkəzi, Biləcəri qəsəbəsi, Sumqayt şosesi 3D
7. 27/07/2023 6108 Futbol Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
8. 27/07/2023 6116 Stolüstü Tennis Bakı “Şüa” idman kompleksi, Nərimanov rayonu, Koroğlu Rəhimov,19
9. 27/07/2023 6118 Taekvondo Bakı Karate Federasiyasının zalı, (ASK arena), Heydər Əliyev Küçəsi , 136
10. 27/07/2023 6120 Alpinizm Bakı Azərbaycan Atıcılıq Federasiyası, Yasamal rayonu, Cəfər Cabbarlı,44
11. 28/07/2023 6106 Basketbol Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
12. 28/07/2023 6108 Futbol Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
13. 28/07/2023 6115 Qılıncoynatma Bakı Azərbaycan Qılıncoynatma Federasiyası, Bakıxanov küçəsi 6, Bridge plaza
14. 31/07/2023 6112 Sambo Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
15. 31/07/2023 6114 Həndbol Bakı Abu arena, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi,15
16. 31/07/2023 6119 Voleybol Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
17. 01/08/2023 6107 Boks Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
18. 01/08/2023 6113 Güləş Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
19. 02/08/2023 6103 Velosiped (Trek) Bakı Velotrek, Rövşən Cəfərov küçəsi, 10
20. 02/08/2023 6107 Üzgüçülük Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
21. 02/08/2023 6110 Cüdo Bakı Judo Club 2012, Şamil Əzizbəyov küçəsi
22. 03/08/2023 6103 Velosiped (Şose) Bakı Velopark, Səbail rayonu , Səlyan şossesi 10, Şıxov
23. 03/08/2023 6105 Atletika Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
24. 03/08/2023 6107 Boks Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
25. 03/08/2023 6110 Cüdo Bakı Judo Club 2012, Şamil Əzizbəyov küçəsi
26. 04/08/2023 6105 Atletika Bakı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası, Fətəli Xan Xoyski prospekti, 98
27. 05/08/2023 6102 Üzgüçülük Bakı Bakı “ Su Idman Sarayı” , Səbail rayonu , Akademik 15, Əhəd Yaqubov Küçəsi
28. 06/08/2023 6117 Şahmat Bakı Dövlət İmtahan Mərkəzinin Asiya ofisi, Abdulvahab Salamzadə 28
29. 07/08/2023 6105 Atletika Şərur Şərur Olimpiya İdman Kompleksi
30. 07/08/2023 6108 Futbol Şərur Şərur Olimpiya İdman Kompleksi
31. 07/08/2023 6113 Güləş Şərur Şərur Olimpiya İdman Kompleksi
32. 07/08/2023 6117 Şahmat Şərur Şərur Olimpiya İdman Kompleksi
33. 07/08/2023 6119 Voleybol Şərur Şərur Olimpiya İdman Kompleksi
MənbəApa
Son xəbərlər
Digər xəbərlər