Finlandiyanın qablaşdırma istehsalçısı “Huhtamaki” şirkəti Ukraynadakı hadisələr səbəbindən Rusiya bazarından çıxır.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Qeyd olunur ki, şirkət digər ölkələrdə inkişafa sərmayə qoyuluşuna diqqət yetirəcək.
“Huhtamaki” bildirib ki, onun Rusiyada 4 müəssisəsi var və orada 700-ə yaxın işçi çalışır. Rusiya bütün satışlarının təxminən 3%-ni təşkil edir. Şirkət öz biznesinin potensial alıcıları üçün bazarı diqqətlə araşdıracaq və öhdəlikləri yerinə yetirmək, işçilərini və müştərilərini qorumaq üçün keçid dövründə işləməyə davam edəcək.
Bundan əvvəl bir neçə iri qablaşdırma istehsalçıları “Smurfit Kappa Group”, “Elopak” və “Stora Enso” Rusiyada istehsalı dayandırma qərarını verib.