İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana yüksüz gələn Azərbaycan Respublikası vətəndaşı Cavadov Rizvan Mirzərəhim oğlunun İdarə etdiyi “Mersedes Benz” markalı, 10-ZG-264 / 99-DE-151 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin kabininin yan tərəflərindəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 8000 ədəd üzərində “MM” yazılı siqaret aşkar edilib.
Avtomobildə axtarışı davam etdirən gömrükçülər bu dəfə kabinin tavanındakı gizli saxlanc yerindən eyni markalı daha 4 min ədəd siqaret aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
APA-Economics