14 C
Baku
Saturday, November 23, 2024

“Qaçqınkom” 3 milyon manatlıq elektrotexniki avadanlıq alır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti “Reliable Oil Services” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Elektrotexniki avadanlıqların satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2.999.790 manatdır.

Xatırladaq ki, “Reliable Oil Services” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Anar Zeynalovdur.

Son xəbərlər
Digər xəbərlər