Qadağa: “Uber” vicdanlı rəqabətə mane olur

İtaliya məhkəməsi ölkə ərazisində “Uber” taksi xidmətinin fəaliyyətini qadağan edib.

“Futurism”ə istinadən xəbərinə görə, eyni zamanda İtaliyada xidmətin reklam materiallarının yerləşdirilməsinə də qadağa qoyulub.

Məhkəmə hesab edir ki, “Uber” taksi bazarında vicdanlı rəqabətə mane olur. Aprelin 17-dək qərardan apellyasiya şikayəti verilməzsə, xidmət İtaliyadakı fəaliyyətini dayandırmalı olacaq. “Uber”in İtaliya nümayəndəliyi apellyasiya şikayəti verəcəyini bəyan edib.

MənbəLent.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər