21 C
Baku
Thursday, May 9, 2024

Qadağan olunmuş kitablar

1.Oldos Haksli, “Möcüzəli yeni dünya” (Brave New World, 1932)

Bu roman 1931-ci ildə yazılmış və bir il sonra nəşr olunmuşdur. Bu əsəri Herbert Uelsin “Tanrı kimi insanlar” əsərinə parodiya kimi qəbul edirlər. Bu roman İrlandiyada uşaqların dünyaya gəlməsi haqda mübahisəli mövzulara görə qadağan olunmuş, Amerikada isə şagirdlərdə mənfi fikirlər formalaşdırdığı üçün məktəb kitabxanalarından yığışdırılmışdır.

2. Con Steynbek, “Qəzəb gilələri” (The Grapes of Wrath, 1939)

Yazıçı bu əsərində gerçək insan həyatının faciələrini əks etdirmişdir. O oxucuların diqqətini Oklahomadan öz doğma torpaqlarını quraqlıq və iqtisadi böhranlara görə tərk edib gəlmiş bir ailəyə yönəltmişdir. Ədəbi elitada bu əsər böyük şövqlə qarşılanmışdı. Lakin ABŞ-da bu əsər ictimai müzakirəyə verilərək rəsmi şəkildə qadağan olunmuşdu.

3.Henri Miller, “Xərçəng bürcü” (Tropic of Cancer, 1934)

Miller heç bir utanc hissi keçirmədən öz dostları və yazıçılar birliyindən əməkdaşları ilə olan cinsi münasibətlərini ədəbi şəkildə təsvir etmişdir. Kitab nəşr ediləndən sonra Pensilvaniya ştatının Ali Məhkəmə sədri Maykl Musmanno kitab haqqında “iyrənc ifadələr” işlədərək bunu insan əxlaqsızlığının qalıqları adlandırmışdır.

4.Kurt Vonnequt, “Beş nömrəli qırğın, yaxud uşaqların səlib yürüşü” əsəri, (Slaughterhouse-Five, or The Children’s Crusade,1969)

Əsərin süjet xətti belədir: amerikalı əsgər Billi Piliqram (yazıçının öz “alter ego”su) İkinci Dünya Müharibəsi zamanı, Arden döyüşlərində yolunu azaraq almanlar tərəfindən əsir alınır. O bir müddət Drezdendə həbsdə saxlanılır. Kitab dəhşətli səhnələri ilə uşaqların psixologiyasına təsir etdiyi üçün Birləşmiş Ştatlarda qadağan olunmuşdu.

5.Salman Ruşdi, “Şeytani şeirlər” əsəri, (The Satanic Verses,1988)

Dəhşətli təyyarə qəzasından sonra Qibrel Farişita həyatını yenidən qurmaq məcburiyyətində qalır. Onun həyatı Səlahəddin Camçının həyatı kimi dağılır. Bir çox müsəlmanlar yazıçının İslama münasibətini kafirlik kimi qarşılamışlar. Venesuelada bu əsəri oxuyan şəxslərə 15 ay həbs cəzası müəyyən edilmişdir.

6. Stiven Cobski, “Qaradinməz olmağın üstünlüyü” əsəri, (The Perks of Being a Wallflower, 1999)

Əsər öz anonim dostuna məktub yazan oğlan, yəni Çarlinin həyatından bəhs edir. Çarli təhqirlərlə, narkotiklə, cinsi təcavüzlərlə keçən yeniyetməlik həyatını təsvir edir. Qeyri-əxlaqi xarakterli səhnələrin çoxluğu səbəbindən əsər Amerika Kitabxanaçılar Assosiasiyasının bir çox siyahısından çıxarılır və o kitabların oxuculara verilməsi qadağan olunur.

7.Çinua Açebe, “Tənəzzül” əsəri, (Albert Chinụalụmọgụ Achebe,1958)

Bu başçı və Umofiadakı döyüşlərdə qalib gəlmiş yerli çempion Okonkvo haqqında hekayədir. Umofia Nigeriyada yerləşən doqquz qəsəbədən ən məşhurudur. Bu əsərdə XIX əsrin sonu XX əsrin əvvəllərində Britaniya müstəmləkəçiliyinin və xristian missionerlərinin ənənəvi Afrika İcmaları üzərində olan təsirini əks etdirilir. Müstəmləkəçilik məsələləri və onların nəticələri ilə bağlı bu əsər Malayziyada qadağan olunub.

Bu əsər 80-ci illərdə Nyu Yorkun ən zəngin məhəllələrindən birində yaşayan müvəffəqiyyətli biznesmen və silsilə qətillər törədən Patrik Beytmen haqqındadır. Əsər əsasında çəkilmiş filmi görən hər kəs onun niyə qadağan olunduğu bilir. Almaniyada əsər yetkinlik yaşına çatmayanlar üçün zərərli hesab edilib və satışı məhdudlaşdırılıb.

9. Frans Kafka, “Tranformasiya” əsəri, (Die Verwandlung, 1915)

Valideynlərini və bacısını maddi cəhətdən daim təmin edən satıcı Qreqor Zamza bir gün oyanaraq özünün nəhəng böcəyə çevrildiyini görür. Tədricən ailəsi Qreqoru unutmağa başlayır. Halbuki bir zamanlar o ailənin ən sevimli insanı idi. Kafkanın əsərləri nasist və sovet rejimində qadağan olunmuşdu. Kafka çex dilində yazmaqdan imtina edib əsərlərini yalnızca alman dilində yazsa da onun əsərləri müstəqil Çexoslavakiyada da qadağan olunmuşdu.

10. Vladimir Nabokov, “Lolita” əsəri (Лоли́та,1995)

Bu əsərdə gənc qızlara xəstəlik dərəcəsində həvəs duyan bir kişidən bəhs olunur. Əsərin qəhrəmanı B. Britaniyadan olan qadının 12 yaşlı qızına qarşı böyük cazibə hiss edir. Öz günah dolu hisslərini gizlətmək üçün o qızın anası ilə ailə həyatı qurur. “Sandey Ekspressin” redaktoru Nabokovun bu romanını ömrü boyu oxuduğu ən iyrənc kitab adlandırıb. Pornoqrafik tərkibinə görə nəşriyyat kitabları tirajdan çıxarmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər