23 C
Baku
Tuesday, April 23, 2024

Qadın futbolçular nə qədər qazanır?

Qadın futbolunda maaşlar, transfer haqları, bonuslar artır, lakin bu məbləğlər hələ də kişi futbolunda edilən ödənişlərə yaxın gəlmir. Banker.az xəbər verir ki, FİFA-nın bu mövzuda hazırladığı hesabatda ödənişlərdə təəccübləndirən fərqlərin olduğu ortaya çıxıb.

İyulun 6-da qadınlar arasında futbol üzrə Avropa çempionatı başlayır. Çempionata qatılacaq komandalar hazırlıqlarını tamamlayır, bir tərəfdən də transfer prosesi sürətlə davam edir. Transfer xəbərləri də qadın futbolu ilə kişi futbolunda edilən ödənişlər arasındakı fərqi bir daha gündəmə gətirib.

Bunun ilk nümunəsi Bundesliqa Qadınlar Liqasındadır. Müdafiə lideri Marina Heqerinq, qapıçı Merle Frohms və Jule Brand “Volfsburq”a transfer olunur. Frohorms və Brand transferləri əslində kişi futbolunda çoxdan mövcud olan şəkildə həyata keçirilir.

“Volfsburq” bu üç oyunçu üçün altı rəqəmli aşağı bir transfer haqqı ödəyir, eyni kriteriyalarda olan kişi futbolçuların transferləri üçün isə komandanın ödəməli olduğu məbləğ milyonlarla avroya çatardı. Qadınlar üçün 100 min avroluq baryer nadir hallarda keçilir. Bundesliqa Qadınlar Liqasında transfer haqları da aşağıdır, çünki transferlər adətən müqavilələr bitəndə edilir.

Ən yüksək məbləğ adətən xaricə gedən ulduz futbolçulara ödənilir. Bu baxımdan 29 yaşlı Pernil Harder rekorda sahibdir. Harder 2020-ci ildə “Volfsburq”dan “Çelsi”yə 350-500 min avroya transfer olunub. Elə həmin il baş tutan başqa bir transferlə müqayisədə “Çelsi” Leverkuzendə tər tökən 23 yaşlı Kai Haverts üçün 80 milyon avro ödəyib.

Digər tərəfdən, hələ heç bir komanda “Volfsburq”un forvardı Eva Pajorun komandadan ayrılma bəndini yerinə yetirə bilməyib. Əgər məbləğ ödənilsəydi, bu, dönüş nöqtəsi olardı, çünki Pajorun transfer qiyməti bir milyon avroya çata bilər.

FIFA-nın transfer hesabatı göstərir ki, COVID-19 böhranına baxmayaraq, daha çox transfer haqqı ödənilir. Ötən il qadın futbolunda transfer qiymətləri əvvəlki ildəki 1,1 milyon avrodan 2 milyon avroya yüksəlib. Bu rəqəm keçən il kişi futbolu üçün 4,6 milyard avro olaraq qeydə alınıb.

Bu, təbii ki, futbolçuların maaşlarına təsir edir. Bundesliqada qadın futbolçu ildə orta hesabla 40 min avro, kişilər isə hər oyun üçün 50 min avro qazana bilər.

Buna baxmayaraq, bir çox oyunçu hələ də Bundesliqada oynamağı seçir, çünki Bundesliqada xərc müavinətləri ala bilirlər. Qadın futbolunda maaşların artırılmasının əsas səbəbi hər keçən gün daha çox beynəlxalq klubun qadın futboluna sərmayə qoymasıdır.

Real Madrid, Yuventus, Paris St. Germain və Mançester Siti də Çelsi, Arsenal və Bayern FK ilə birlikdə qadın futbolunda birinci divizionda olmağı hədəfləyir.

Qadın futbolunda ötən ildən ilk dəfə Çempionlar Liqası seçmə qruplarla birlikdə keçirilir və bunun nəticəsində UEFA mükafatları xeyli artırıb.

Turnirdə iştirak edən bütün klublar 400 min avro alacaq və ümumi ödənişlər ötən illə müqayisədə 4 dəfə artaraq 24 milyon avroya çatacaq. Buna baxmayaraq, bu məbləğ hələ də kişi futbolundan xeyli geridədir.

Almaniyanın ən yaxşısı seçilən ulduz idmançı Dzsenifer Marozsan Olimpik Lyondan ildə 350 min avro alır. Olimpik Lyon adətən ən çox maaş verən klubdur. Komanda oyunçularına 40 min avro civarında maaş verir. Bu klubdan sonra “Barselona”, “Real Madrid”, “Volfsburq”, “Çelsi”, “Paris” və “Bavariya” gəlir.

İngiltərədə futbol gəlirlərinin əhəmiyyətli bir hissəsi yayım hüquqlarından əldə edilir. “Çelsi”nin ulduzu, 28 yaşlı Samanta Kerr dünyanın ən çox qazanan qadın futbolçusudur. Kerr klubdan hər il təxminən 500 min avro alır. Kriştianu Ronaldo kimi futbolçular ilə müqayisədə Kerrin gəliri çox aşağı görünür. Ronaldo 125 milyon avro qazanır.

İspaniyada qadın və kişi milli komandaları FİFA və UEFA-dan bərabər faizdə bonus alırlar, amma eyni faiz eyni məbləğdə ödəniş demək deyil. Avropa çempionatının ümumi mükafatı qadınlar üçün 16 milyon avro olduğu halda, kişilər üçün 331 milyon avrodur.

Almaniya Qadın Milli Komandasının Texniki Direktoru Voss-Teklenburq, sektorların gəlirləri arasındakı fərqə diqqət çəkir. Veteran məşqçi bunu belə izah edir: “Bundesliqada və milli komandalarda turnir bonuslarından əldə edilən marketinq gəlirləri kişilər və qadınlar üçün son dərəcə fərqlidir”.

Almaniya Milli Komandası qarşıdan gələn Avropa Çempionatında birinci yeri tutsa, qadınlardan ibarət komandaya hər oyunçuya 60 min avro, kişilərə isə hər oyunçu üçün 400 min avro təklif olunur.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər