10 C
Baku
Wednesday, December 11, 2024

Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nazirliyin İctimai Şurasına üzv seçilib

Martın 18-də Energetika Nazirliyi yanında İctimai Şuranın tərkibinin müəyyən olunması üçün seçkilər keçirilib.

Banker.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki,  seçkilərdən sonra Seçki Komissiyası səsvermənin ümumi nəticələrini açıqlayıb. Seçkilərdə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Adbullayeva Mehriban Əli qızı İctimai Şuraya üzv seçilib.

İctimai Şuraya seçilmək üçün cəmi bir nəfərin yetərli səs topladığı, şura üzvlərinin say həddinin isə 7 nəfər olduğu nəzərə alınmaqla, boş qalan yerlərə təkrar seçkilər keçiriləcək.

Qanunvericiliyə əsasən, boş qalan yerlər üçün təkrar seçkilərin keçirilməsi ilə bağlı Seçki Komissiyası 3 gün müddətində qəbul ediləcək qərar barədə əlavə məlumat verəcək. Təkrar seçkilər zamanı ən çox səs toplamış namizədlər seçilmiş hesab olunurlar.

Son xəbərlər
Digər xəbərlər