22 C
Baku
Friday, April 26, 2024

Qadın və kişi beyninin 20 fərqli cəhəti

Qadınlarla kişilər arasında eynilik axtaran, onları əks cinslə bərabərləşdirmək istəyənlərə cavab olaraq müasir elmin üzə çıxartdığı qadın və kişi beyninin 20 fərqli cəhətini təqdim edirik:

1. Artıq çoxdan sübut olunub ki, qadınların beyni kişilərinkindən 10% kiçikdir. Lakin bu cəhət intellekt səviyyəsinə təsir etmir.

2. Yaş artdıqca kişilərin beyni qadına nisbətən daha sürətlə kiçilir (yığılır).

3. Bu və ya digər məsələni həll edərkən kişilərin beynində hərəkətə keçən hissə ilə qadının beynində hərəkətə keçən hissə müxtəlifdir.

4. Əgər kişi yolu azıbsa, o, hərəkət istiqamətini və gedilən məsafəni yadda saxlamaqla yolu tapır. Qadın yolu azdıqda isə müxtəlif obyekt və istiqamətləri xatırlayır. Həmçinin sükan arxasında olarkən kişi yolu rəqəmsal mənada yadda saxlayır, qadının yaddaşında isə müxtəlif reklam şitləri və maqazin vitrinləri həkk olunur.

5. Qadınlar hər şeyi xırda detallarına qədər xatırlayırlar, kişilər isə məsələnin məğzi ilə kifayətlənirlər.

6. Kişilər informasiyanı tez mənimsədiklərinə görə, tez bir zamanda da reaksiya verirlər. Qadınlarda isə bu, əksinədir.

7. Qadınlar, adətən, bir neçə informasiya axınını birlikdə qəbul edə bilirlər. Kişilər isə bu cür iş gördükdə qıcıqlanırlar.

8. Kişilər dəqiq elmlərdə güclüdürlər. Qadınlarda isə daha çox humanitar fənlər yaxşı alınır.

9. Kişilər hər an intim münasibətlər, şəhvani hisslər barədə düşünürlər. (Əlbəttə, İslamın göstərişi əsasında nəfslə cihad aparmaq insanı bu heyvani xüsusiyyətdən uzaqlaşdırır, belə fikirləri ailə çərçivəsinə salır). Qadınlar isə bu işi bir neçə gündən bir xatırlayırlar (əlbəttə, bəzi istisnaları nəzərə almasaq).

10. Qadınlar daha çox danışırlar. Bu ünsiyyətcillik beyində ləzzət mərkəzinin fəaliyyəti ilə əlaqədardır.

11. Qəfil, yüksək və qıcıqlandırıcı səslərə kişilərin və qadınların reaksiyası fərqli olur.

12. Qadını ələ almaq, etimadını qazanmaq üçün həyat yoldaşının onu 20 saniyə sinəsinə sıxaraq qucaqlaması kifayət edir. Bu da qadının emosianallığı ilə əlaqədardır.

13. Qadınlar gün ərzində kişilərdən 3 dəfə çox söz işlədirlər.

14. Qadın beyni fəaliyyət zamanı daha artıq qızır, həmçinin daha çox qlükoza sərf edir.

15. Kişilər və qadınlar lətifəni müxtəlif cür qəbul edirlər. Kişiləri daha çox şən sonluq maraqlandırır. Qadınlar isə lətifənin bütünlüklə incəliyindən, deyilişdən həzz alırlar.

16. Qadınlarda təşkilatçılıq qabiliyyəti daha çox inkişaf edib.

17. Kişinin səs duyma qabiliyyəti qadınınkından daha zəifdir. Elə ona görə də qadınlar ən incə intonasiyaları eşidirlər, kişilər isə bu cəhətdə geri qalırlar. Kişilərin baxışları da (hər hansı sənət əsərindən tutmuş ailə münasibətlərinədək) daha ümumidir. Qadınlar isə hər hansı bir əsərin və ya münasibətin bütün detallarını xatırlayırlar.

18. Kişilər başqasının sözünü məntiq vasitəsi ilə qəbul edirlər, ona görə də nə deyilirsə, onu da eşidirlər. Qadınlar isə hissiyyat və emosialara qapılırlar. Ona görə də qadın nəzərində qarşıda dayanıb danışan şəxs həmişə nəyəsə “işarə vurur”, nəsə “demək istəyir”

19. Qadınlar yaradılışdan insanlarla daha çox uyğunlaşan, qaynayıb qarışan təbiətə sahibdirlər. Kişilər isə aqressiv və rəqabətcildirlər. Ona görə də kişilər tez-tez dalaşır, qadınlar isə kişilərin onlarla uzun müddət söhbət edə bilməməsindən şikayətlənirlər. Məsələ burasındadır ki, kişilərin nitqi bir qayda olaraq daha zəif inkişaf edir.

20. Əgər yolda top olarsa, kişi o topa bir təpik vuracaq. Qadın isə belə vəziyyətdə çox güman ki, topu əli ilə götürüb qucağında tutacaq. Qadın və kişi təbiətinin fərqliliyi bax belə təzahür edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər