1 C
Baku
Saturday, December 14, 2024

Qadın yoxsa kişi kollektivində çalışmaq daha rahatdır?

Hər hansısa bir işə düzələrkən biz ilk növbədə iş yerinin rahatlığına və yaxud pəncərələrin sayına deyil, kollektivə diqqət yetiririk. Kollektivdə güclü və yaxud zərif cinsin nümayəndələrinin üstünlük təşkil etməsi çox vacib amildir.

Kişilərin nəzər nöqtəsindən danışsaq, təbii ki, onlar üçün qadınların çox olduğu kollektivdə işləmək daha asandır. Belə bir kollektivdə bütün diqqət onun üzərində olacaq. Lakin bu bir şərtlə baş verə bilər: əgər kollektiv sizi sevərsə. Həmçinin vacib bir amil də budur ki, gərək siz hər kəsə eyni diqqət yetirəsiniz, heç kəsin xətrinə dəyməyəsiniz.

Kişi kollektivində işləməyin də öz mənfi cəhətləri var. Məsələn, bəzi kişilərin qeybət etmək «bacarığı»! Əgər kollektivdə bir neçə belə kişi olsa, böyük ehtimal, sizin kollektivdə həmkarlarınızla münaqişələriniz olacaq.

Lakin kişi kollektivində çalışmağın bir çox üstün cəhətləri də var. Burada siz yeni dostlar tapa bilər, səmimi şəkildə söhbət edə bilərsiniz.

Təbii ki, ən mükəmməl varint, qarışıq , yəni həm qadınların, həm də kişilərin olduğu, kollektivdə çalışmaqdır. Kollektivdə həm kişilərin, həm də qadınların olması hər iki tərəfin mədəni tərzdə danışmaqlarına və davranmaqlarına səbəb olur.

Son xəbərlər
Digər xəbərlər