Bakı sakini kredit kartından xeyli pul oğurlanması ilə bağlı polisə müraciət edib. Banker.azın Lent.az istinadən verdiyi məlumata görə, Nəsimi rayon sakini, 1971-ci il təvəllüdlü Topçubaşova Sevinc Cümşüd qızı bildirib ki, banklardan birindən ona kredit kartından xeyli pulun qeyri-qanuni yolla çıxarılması barədə məlumat verilib. Belə ki, Moskva şəhərində S.Topçubaşovanın kredit kartından 1900 avro pul naməlum şəxs və ya şəxslər tərəfindən internet vasitəsi ilə başqa hesaba köçürülüb.
Məsələ ilə bağlı araşdırma aparılır.