14 C
Baku
Monday, October 21, 2024

Qafar Dəmirçi ötən il “Ferrum Kapital”dan 1.46 mln. manatlıq dividend əldə edib

Ötən il “AQA Şirkətlər Qrupu” strukturunda olan “Ferrum Kapital” QSC əsas səhmdarı Qafar Aydın oğlu Dəmirçiyə (Demirçi) 1 milyon 464 min manat həcmində dividend ödəyib.

Bu barədə Banker.az “Ferrum Kapital” QSC-nin illik audit hesabatına istinad edir.

Bununla belə, şirkətin 1 yanvar 2023-cü il tarixinə  4 milyon 629 min manat bölüşdürülməmiş mənfəəti qalıb.

Q.Dəmirçi Azərbaycanda biznes mərkəzkərinə sahib olan “AGA Group” şirkətlər qrupunun təsisçisi Aydın Dəmirçinin oğludur.

Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkətin təsisçiləri “AQA Şirkətlər Qrupu” QSC (72.5%) və “Vesta Konsaltinq” MMC-dir (27.5%). Səhmlərin 68%-i Qafar Dəmirçi və 23%-i Habib Zade Mohammed Rezaya aiddir. Habib Zade Mohammed Reza Müşahidə Şurasının sədridir.

Son xəbərlər
Digər xəbərlər