15 C
Baku
Saturday, May 11, 2024

“Qafqaz İnkişaf Bankı”nın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) aprelin 23-dən ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlayacaq. Ödəniş nağdsız qaydada həyata keçiriləcək.

Bu barədə ADIF-dən məlumat daxil olub.

Kreditorlardan xahiş olunur ki, ADIF-in Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim etsinlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər