“Qafqaz Lizinq” ASC-dən MMC-yə çevrilir

“Qafqaz Lizinq” şirkəti təşkilati-hüquqi formasını ASC-dən MMC-yə dəyişir.

Bununla bağlı qərarı şirkətin səhmdarları (Türkiyənin “NAB Holdinq”i, Böyük Britaniyanın “Metin Limited” şirkəti) qəbul edib.

Xatırladaq ki, sentyabrın 16-da “Qafqaz Lizinq”in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməli idi. Yığıncağın gündəliyi açıqlanmamışdı.

Bundan əvvəl isə şirkət nizamnamə kapitalını 79,4% və yaxud 4,85 dəfə azaldaraq 3,2 milyon manatdan 660 min manata endirib.

© Renkinq.az