5 C
Baku
Saturday, December 14, 2024

Qafqaz universiteti ilə ARPA arasında memorandum imzalanıb

Qafqaz Universitetində Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə Qafqaz Universiteti arasında  təhsil, nəşrlər və karyera yüksəlişi sahəsində ikitərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. ARPA ilə Qafqaz Universitetinin missiyalarına, fəaliyyət istiqamətlərinə uyğun və səlahiyyətləri çərçivəsində ölkədə maliyyə və korporativ idarəetmə, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək istiqamətində əməkdaşlıq imkanlarını inkişaf etdirmək məqsədi daşıyır.

Anlaşma Memorandumu ARPA Direktorlar Şurasının sədri Rüfət Mahmud və Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç tərəfindən imzalandı. İmzalanma mərasimində ARPA İdarə Heyətinin üzvləri və əməkdaşları, eyni zamanda Qafqaz Universitetinin professor-müəllim heyəti, idarəetmə, maliyyə fakültələrinin dekanları və kafedra müdirləri iştirak edirdilər.

Memorandum tələbələr, magistrlər, doktorantların, həmçinin professor və müəllim heyətinin, peşəkar mütəxəssislərin tərəflərə məxsus nəşrlərdə məqalələrinin çap edilməsini, aktual mövzularda yerli və beynəlxalq mütəxəssisləri cəlb etməklə forum və seminarların birgə təşkilini, təlim və tədris, eləcə də sertifikasiya proqramlarını təkmilləşdirmək, yenilikləri tədris prosesinə cəlb etmək məqsədilə müştərək fəaliyyəti, karyera sərgilərinin təşkilini, müştərək layihələrin həyata keçirilməsini və s. nəzərdə tutur.

Qeyd edilən fəaliyyət istiqamətlərini həyata keçirmək məqsədilə hər iki qurumun mütəxəssislərindən ibarət işçi qrup yaradıldı və birgə fəaliyyət planının hazırlanaraq təsdiqə verilməsi qərara alındı.

Son xəbərlər
Digər xəbərlər