Dekabrın 19-da Misirin paytaxtı Qahirədə inkişaf etməkdə olan islam ölkələrinin daxil olduğu D8 qrupunun zirvə görüşü keçiriləcək.
“Gənclər üçün sərmayə və KOB-ların dəstəklənməsi. Sabahın iqtisadiyyatının formalaşması” mövzusunda keçiriləcək sammitə hazırlıq çərçivəsində sabah üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası baş tutacaq.
Sammit çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də gözlənilir.
Qeyd edilməlidir ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədi ilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyədir. Misir ötən ilin mayından D8-ə sədrlik edir.