9 C
Baku
Monday, November 18, 2024

“Qahirədən Bakıya aviareys açılsa, endirimlər tətbiq olunacaq”

AZAL-ın prezidenti Cahangir Əsgərov və Misir Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid ilə hava əlaqəsinin genişləndirilməsini müzakirə ediblər.
Banker.az bu barədə AZAL-a istinadən xəbər verir.
Görüşdə qeyd olunub ki, hazırda Misirin “Air Cairo” aviaşirkəti həftədə bir dəfə Bakı şəhərindən Qırmızı dənizin sahilində yerləşən Şarm-əş-Şeyx kurort şəhərinə və geri istiqamətdə uçuşlar yerinə yetirir.
Səfir Hişam Mohammed Naqi Abdel Hamid iki ölkənin turizm potensialının genişləndirilməsi məqsədilə mülki aviadaşımalar sahəsində tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında hava əlaqəsinin genişləndirilməsində və Qahirə ilə Bakı arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsində maraqlı olduğunu bildirib.
AZAL-ın prezidenti Cahangir Əsgərov Bakı ilə Qahirə arasında sərnişin və yük daşımalarının həyata keçirilməsi, həmçinin Şarm-əş-Şeyx – Bakı – Şarm-əş-Şeyx marşrutu üzrə uçuşların sayının artırılması məsələlərində maksimum yardım göstəriləcəyini qeyd edib.
“Qahirədən Bakıya sərnişin reysləri açıldığı təqdirdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air Cairo” aviaşirkətinə hava limanı tərəfindən müəyyən edilmiş qaydada endirimlər tətbiq olunacaq”, – deyə Cahangir Əsgərov qeyd edib.
Son xəbərlər
Digər xəbərlər